Ana Sayfa > Karusel / Region > Zelenski: “Krım azad olunmadıqca müharibə bitməyəcək”

Zelenski: “Krım azad olunmadıqca müharibə bitməyəcək”


3-07-2023, 17:12. Yazar: Admin

Zelenski: “Krım azad olunmadıqca müharibə bitməyəcək”

“Krım azad olunmadıqca müharibə bitməyəcək”. 

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna üçün qələbə yalnız 1991-ci il sərhədlərinin bərpasıdır: “Hazırda Ukraynanın səyləri cənub və şərqdəki ərazilərin geri alınmasına yönəlib. Amma son məqsədimiz Krımın azad edilməsidir. Biz Ukraynanı Krımsız təsəvvür edə bilmərik”.

Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib.

Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. 


Geri dön