Okyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin 3-cü sammiti keçiriləcək.
Qarabaginfo.az “Armenpress”ə istinadla xəbər verir ki, sammiti Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi üzərinə götürən İspaniya təşkil edəcək.
Yayılan məlumatlara görə, Nikol Paşinyan-Şarl Mişel-İlham Əliyev arasında növbəti üçtərəfli görüş oktyabrda İspaniyanın Qranada şəhərində keçiriləcək.
Sammit və üçtərəfli görüşün gündəlikləri barədə əlavə məlumat verilməyib.