Ana Sayfa > Karusel / İdman > Kikboksçumuz Avropa Oyunlarında yarımfinala YÜKSƏLDİ

Kikboksçumuz Avropa Oyunlarında yarımfinala YÜKSƏLDİ


30-06-2023, 13:45. Yazar: Admin

 

Kikboksçumuz Avropa Oyunlarında yarımfinala YÜKSƏLDİ

 

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada keçirilən III Avropa Oyunlarında ilk döyüşünü keçirib.

 

Qarabaqinfo.az xəbər verir ki, 63.5 kq-da "full-contact" növündə mübarizə aparan idmançı 1/4 finalda slovakiyalı Filip Barakla qarşılaşıb.

 

Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov yarımfinala yüksəlib.

 

Qeyd edək ki, bu gün Azərbaycanın digər kikboksçusu Elşad Şahbazov (80 kq) da rinqə çıxacaq.


Geri dön