Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda lift qırıldı: Yaralananlar var

Bakıda lift qırıldı: Yaralananlar var


30-06-2023, 13:02. Yazar: Admin

 

Bakıda lift qırıldı: Yaralananlar var

Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 4 qadın ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

 

 Qarabaqinfo.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində baş verib.

 

Kompleksindəki üçüncü binasının lifti qırılıb.

 

TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb olunub:

 

“Dörd nəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.


Geri dön