Ana Sayfa > Karusel / Manşet / Siyasət > Prezident İlham Əliyev və Ərdoğan Qurban bayramı münasibətilə bir-birini təbrik edib

Prezident İlham Əliyev və Ərdoğan Qurban bayramı münasibətilə bir-birini təbrik edib


28-06-2023, 15:52. Yazar: Admin

Prezident İlham Əliyev və Ərdoğan Qurban bayramı münasibətilə bir-birini təbrik edib

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları bir-birini və xalqlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar.

Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, müttəfiqlik əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.


Geri dön