Ana Sayfa > Karusel / Sosial > Sabah bəzi yerlərdə leysan, dolu yağacaq, şimşək çaxacaq

Sabah bəzi yerlərdə leysan, dolu yağacaq, şimşək çaxacaq


27-06-2023, 14:18. Yazar: Admin

Sabah bəzi yerlərdə leysan, dolu yağacaq, şimşək çaxacaq

İyunun 28-ə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Qarabaginfo.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-65 % olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağışın leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.


Geri dön