Ana Sayfa > Karusel / Gündəm > Anar Eyvazova yeni rütbə və yüksək vəzifə verildi

Anar Eyvazova yeni rütbə və yüksək vəzifə verildi


26-06-2023, 15:42. Yazar: Admin

Anar Eyvazova yeni rütbə və yüksək vəzifə verildi

 

Anar Eyvazov Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

 

Qarabaginfo.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı əmr imzalayıb.

 

Bundan əlavə, ona polkovnik rütbəsi verilib.

 

Qeyd edək ki, Anar Eyvazovdan öncə nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı olub. O, 2021-ci ilin sentyabr ayında vəzifəsindən azad edilərək, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi təyin edilib.

 

Həmin vaxtdan etibarən Mətbuat xidmətinin rəis müavini Anar Eyvazov idarə rəisi vəzifəsini icra edirdi.


Geri dön