Ana Sayfa > Karusel / Siyasət > Baş Prokurorluq əməkdaşının yaş həddinə görə fəaliyyətinə xitam verilib

Baş Prokurorluq əməkdaşının yaş həddinə görə fəaliyyətinə xitam verilib


25-06-2023, 18:56. Yazar: Admin

Baş Prokurorluq əməkdaşının yaş həddinə görə fəaliyyətinə xitam verilib

Baş Prokurorluq işçisinin qulluqda olmanın yaş həddinə çatmasına görə qulluq keçməsinə xitam verilib.

Qarabaginfo.az fssssssssssssd\xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Məxfiçilik üzrə xidmətinin prokuroru, ədliyyə müşaviri Seyidəli Mecdunovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokurorun müavini Elmar Camalov iyunun 26-da Baş Prokurorluğun inzibati binasında onu qəbul edib, “Prokurorluğun fəxri işçisi” döş nişanı və hədiyyə təqdim edib.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə şəkilləri çəkilib.


Geri dön