Ana Sayfa > Karusel / Siyasət > Blinken qiyamdan sonra Putin üçün potensial təhlükənin aradan qalxmadığını düşünür

Blinken qiyamdan sonra Putin üçün potensial təhlükənin aradan qalxmadığını düşünür


25-06-2023, 18:08. Yazar: Admin

ABŞ dövlət katibi Entoni Blinken

 

ABŞ Rusiya Prezidenti Vladimir Putin üçün potensial təhlükənin aradan qalxmayacağını güman edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken CBS telekanalında yayımlanan "Face the Nation" proqramına müsahibəsində deyib.

"Bu, inkişaf edən bir hekayədir. Biz son pərdəni görməmişik. Prosesi yaxından izləyirik. 16 ay əvvəl Rusiya qüvvələri Ukraynada Kiyevin astanasında idi və şəhəri bir neçə günə alacaqlarını və Ukraynanı müstəqil ölkə kimi xəritədən siləcəklərini düşünürdülər", - Blinken bildirib.

Blinken vurğulayıb ki, ancaq bu həftə sonu onlar Rusiyanın paytaxtı Moskvanı özlərinin hazırladığı muzdlu əsgərlərdən müdafiə etməli olublar.


Geri dön