Ana Sayfa > Karusel / Qarabağ > Qarabağın erməni sakinlərinin bu gün Laçın buraxılış məntəqəsindən keçməklə Ermənistana getməsinin görüntüləri - VİDEO
Qarabağın erməni sakinlərinin bu gün Laçın buraxılış məntəqəsindən keçməklə Ermənistana getməsinin görüntüləri - VİDEO25-06-2023, 14:13. Yazar: Admin |
Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Qarabağın erməni sakinlərini Laçın sərhəd-buraxılış məntəqəsindən keçməklə Ermənistana aparmasının görüntüləri yayılıb. Qarabaginfo.az xəbər verir ki, erməni sakinlər məntəqədə sənədləri yoxlanıldıqdan sonra heç bir maneəsiz Ermənistana gediblər.
Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə Laçın-Xankəndi yolunun bağlanması və Qarabağda yaşayan ermənilərə qarşı guya humanitar böhranın yaranması barədə saxta iddialar irəli sürüb. Buna baxmayaraq, ərazidə baş verənlər onu göstərir ki, bəzi dairələrin iddia etdiyi kimi yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı istintaq tədbirləri həyata keçirilir. Geri dön |