Almaniya qırıcı koalisiyasında iştirak etməyəcək, çünki onun arsenalında müttəfiq dövlətlərin Ukraynaya verməli olduğu "F-16" təyyarələri yoxdur.
Qarabaginfo.az “DW”yə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
O bildirib ki, Bundesver “Eurofighter” və “Tornado” təyyarələrindən istifadə edir.
Pistoriusun sözlərinə görə, Almaniya ilin sonuna kimi 10 minə yaxın ukraynalı əsgərə təlim keçiriləcək.
Qeyd edək ki, bu yaxınlarda bəzi müttəfiq ölkələr “F-16”da ukraynalı pilotlara təlim keçmək niyyətlərini açıqlayıblar. Koalisiyaya Danimarka və Niderland rəhbərlik edib, Polşa, İsveç, Belçika, Fransa və ABŞ isə koalisiyaya qoşulub.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin 6-7 ay ərzində bu təyyarələri ala biləcəyini demişdi.(Yenisabah.az)