Ana Sayfa > Karusel / Siyasət > Rusiya XİN: Türkiyə ilə əməkdaşlığımız üçüncü ölkələrə qarşı yönəlməyib

Rusiya XİN: Türkiyə ilə əməkdaşlığımız üçüncü ölkələrə qarşı yönəlməyib


3-09-2020, 18:45. Yazar: Admin

 

Rusiya XİN: Türkiyə ilə əməkdaşlığımız üçüncü ölkələrə qarşı yönəlməyib

“Biz dövlətlər arasındakı ixtilaf və münaqişələrdən mənfəət güdmədiyimizi dəfələrlə bildirmişik. Ona görə də bu cür mülahizələrin təxribatdan başqa bir şey olmadığını düşünürük”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı Türkiyənin Aralıq dənizindəki siyasətinə dair suala cavab verərkən deyib.

“Bu mövqeyimiz Aralıq dənizinin şərqi kimi çox həssas və risqli bir regiona da tam şəkildə şamil olunur. Və münaqişə tərəflərinin bizim hərbi-siyasi müttəfiqimiz olub-olmaması məsələsi bu mənada əhəmiyyət daşımır”, - deyən Rusiya rəsmisi bütün mübahisəli məsələlərin yalnız siyasi dialoq yolu ilə həll olunmasına tərəfdar olduqlarını diqqətə çatdırıb:

“Biz heç kimi təczvüzkar addımlara təhrik etmirik. İkitərəfli, o cümlədən Türkiyə ilə əməkdaşlıq əlaqələrimizin üçüncü ölkələrə qarşı yönəlmədiyini də dəfələrlə vurğulamışıq”.


Geri dön