Ana Sayfa > Karusel / Gündəm > Komissiya: Söyüdlüdə monitorinqlər davam etdirilir

Komissiya: Söyüdlüdə monitorinqlər davam etdirilir


24-06-2023, 18:46. Yazar: Admin

 

Söyüdlü kəndi ilə bağlı sərəncam imzalandı - Nazirə yeni vəzifə - GlobalInfo.az

Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılması məqsədilə müvafiq Komissiya tərəfindən ərazidə kompleks monitorinqlər davam etdirilir.

Komissiyadan Qarabaginfo.az-a verilən məlumata görə, hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlər qiymətləndirilir, tibbi sağlamlıq nöqteyi-nəzərindən xəstəliklərin statistikası və dinamikası təhlil edilir, tibbi müayinələr keçirilir.

Pay torpaqlarında və örüş sahələrində məhsuldarlığa, mal-qaraya neqativ təsirlər öyrənilir, su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.

Aparılan kompleks monitorinqlərin nəticələri təhlil olunacaq və təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim ediləcək.


Geri dön