Ana Sayfa > Karusel / Siyasət > Blinken G7 xarici işlər nazirləri ilə Rusiyadakı vəziyyəti müzakirə edib
Blinken G7 xarici işlər nazirləri ilə Rusiyadakı vəziyyəti müzakirə edib24-06-2023, 18:14. Yazar: Admin |
ABŞ dövlət katibi Entoni Blinken Rusiyadakı vəziyyətlə bağlı ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə yaxın koordinasiyada olduğunu bildirib. Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi "Twitter" hesabında bildirib. "Rusiyada davam edən vəziyyəti müzakirə etmək üçün G7 xarici işlər nazirləri və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi ilə danışdım. Vəziyyət inkişaf etməyə davam etdikcə ABŞ müttəfiqləri və tərəfdaşları ilə sıx koordinasiyada olacaq", - o deyib. ABŞ dövlət katibi vurğulayıb ki, onun ölkəsinin Ukrayna üçün dəstəyi dəyişməyəcək. *** Geri dön |