Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda uçot dərəcəsinin faizi MDB-də hamıdan çoxdur

Azərbaycanda uçot dərəcəsinin faizi MDB-də hamıdan çoxdur


7-12-2017, 10:37. Yazar: Admin

Mərkəzi Bank birrəqəmli inflyasiya hədəfləsə də, uçot dərəcəsini 15 faiz olaraq saxlamaqdadır.

"Qarabaginfo" xəbər verir ki, bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov deyib ki, uçot dərəcəsi Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir:


“Bütövlükdə MDB-də yalnız Tacikstanda uçot dərəcəsi bizdəkindən 1 faiz çoxdur, digər bütün dövlətlərdə daha aşağı dərəcələr tətbiq edilir. Depozit faizlərinin kəskin azaldığını, aşağı səviyyəli inflyasiyanın hədəfləndiyini, hətta depozit hərraclarında da faizin aşağı düşdüyünü nəzərə aldıqda Azərbaycan Mərkəzi Bankının yüksək uçot dərəcəsinə üstünlük verməsinin səbəblərini izah etmək çətindir”.

İqtisadçı bildirib ki, əslində baş bank konservativ bahalı siyasətdən daha yumşaq monetar siyasətə keçid etməlidir.


Geri dön