Ana Sayfa > Karusel / Dünya > Kadırovdan Putinə TAM DƏSTƏK - Çeçenlər “Vaqner”lə döyüşə yollandı 

Kadırovdan Putinə TAM DƏSTƏK - Çeçenlər “Vaqner”lə döyüşə yollandı 


24-06-2023, 14:46. Yazar: Admin

 

Kadırovdan Putinə TAM DƏSTƏK - Çeçenlər “Vaqner”lə döyüşə yollandı 

 

Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiyada baş verən son hadisələri şərh edib.

 

Qarabaqinfo.az xəbər verir ki, o, "Vaqner"in hərəkətlərini hərbi üsyan və xəyanət adlandırıb.

 

Onun sözlərinə görə, bu cür hərəkətlərə haqq qazandırmaq olmaz. Kadırov Putini tam dəstəklədiyini bildirib və hər kəsi onun ətrafında birləşməyə çağırıb.

 

Kadırov Rostovdakı vəziyyətlə bağlı bildirib ki, Müdafiə Nazirliyi və Rusiya Qvardiyasının Çeçenistan Respublikasındakı döyüşçüləri artıq bölgəyə yola düşüblər.

 

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.

 

Geri dön