Ana Sayfa > Karusel / Siyasət > Zelenskinin Ofisi “Vaqner”in qiyamına münasibət bildirib: ...parçalanma göz önündədir

Zelenskinin Ofisi “Vaqner”in qiyamına münasibət bildirib: ...parçalanma göz önündədir


24-06-2023, 10:51. Yazar: Admin

Zelenskinin Ofisi “Vaqner”in qiyamına münasibət bildirib: ...parçalanma göz önündədir

“Vaqner” rəhbəri Yevgeni Priqojinin Rusiyadakı anti-terror əməliyyatı artıq Rostovun, bir neçə federal magistralın, Cənub Hərbi Dairəsinin qərargahının ələ keçirilməsinə səbəb olub”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “Twitter“də yazıb.

Podolyakın sözlərinə görə, Rusiyada baş verənlər geniş miqyas alıb. Rusiya elitasında parçalanma göz qabağındadır.

“Rusiya hakimiyyətinin razılığa gəlmək və hər şeyin həll olunması təsəvvürünü yaratmaq iddiaları heç bir nəticə verməyəcək. Kimsə mütləq uduzmalıdır: ya Priqojin (ölümcül sonluqla), ya da Putin və onun komandası”, - Podolyak əlavə edib.


Geri dön