Ana Sayfa > Karusel / Manşet > Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsə 6 ay şərti həbs qərarı verilib
Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsə 6 ay şərti həbs qərarı verilib23-06-2023, 21:38. Yazar: Admin |
Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxs 6 ay şərti həbs qərarı verilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tviter hesabında paylaşım edib. "Ədalət bərqərar oldu! Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxs 6 ay şərti həbs və dəymiş ziyanın ödənilməsinə məhkum edilib. Ədalətin bərqərar olmasına sevinir, təcavüzü pisləyirik", - deyə qeyd olunub. Xatırladaq ki, ötən ilin sentyabrın 18-də ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum ediblər. Vandallar səfirliyin binası qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıb. Onlara polis müdaxilə etməyib. Geri dön |