Ana Sayfa > Karusel / Hadisə > Şəkidə sakinlərin yolu bağlaması ilə bağlı - Rəsmi açıqlama
Şəkidə sakinlərin yolu bağlaması ilə bağlı - Rəsmi açıqlama23-06-2023, 21:06. Yazar: Admin |
İyunun 17-də Şəki rayonunun Daşüz kəndi ərazisinə dolu düşməsi nəticəsində fərdi yaşayış evlərinə ziyan dəyib. Şəki Rayon İcra Hakimiyyətindən Qarabaginfo.az-a verilən məlumata görə, dəymiş maddi ziyanla bağlı rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən evlərə baxış keçirilib, müvafiq sənədləşmə işləri aparılıb və aidiyyəti üzrə məlumat verilib: “Ancaq bir qrup kənd sakini həmin fəsadların dərhal aradan qaldırılması üçün bu gün magistral yolu bağlamağa cəhd göstəriblər. Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin rəhbərliyi ərazidə sakinlərlə görüşüb, onlarla izahedici-profilaktiki söhbətlər aparıb. Qısa müddət ərzində magistral yolda hərəkətin intensivliyi təmin edilib və ictimai asayiş pozulmayıb”. Geri dön |