Ana Sayfa > Karusel / Sosial / Cəmiyyət > Vilayət Eyvazov Mingəçevirdə qəbul keçirəcək

Vilayət Eyvazov Mingəçevirdə qəbul keçirəcək


23-06-2023, 20:20. Yazar: Admin

vilayet-eyvazov-mingecevirde-qebul-kecirecek

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il iyul ayının 19-da Mingəçevir Şəhər Polis Şöbəsinin inzibati binasında Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Şuşa və Tərtər şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə Qartabaginfo.az-a  Daxili İşlər Nazirliyindən bildirilib.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 18.07.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.


Geri dön