Ana Sayfa > Karusel / Dünya > 11-ci sanksiya paketində Ermənistan və Özbəkistan da var

11-ci sanksiya paketində Ermənistan və Özbəkistan da var


23-06-2023, 16:36. Yazar: Admin

 

11-ci sanksiya paketində Ermənistan və Özbəkistan da var

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni qüvvəyə minmiş 11-ci sanksiya paketində Ermənistan və Özbəkistandan olan şirkətlər də var.

 

Qarabaqinfo.az "Sputnik"ə istinadən xəbər verir ki, Aİ rəsmiləri bu şirkətləri Rusiyaya qarşı məhdudiyyətlərdən kənara çıxmaqda ittiham edərək onları da sanksiya dairəsinə daxil edib.

 

Belə ki, siyahıda Ermənistanın radioelektronika sahəsində fəaliyyət göstərən "Tako" şirkəti, eləcə də logistika sferası üzrə ixtisaslaşan Özbəkistan şirkətləri "Alfa Beta Creative" və "GFK Logistics Asia" var.


Geri dön