Ana Sayfa > Karusel / İdman > Milli Paralimpiya Komitəsinin prezidenti İSTEFA VERDİ 

Milli Paralimpiya Komitəsinin prezidenti İSTEFA VERDİ 


23-06-2023, 16:31. Yazar: Admin

 

Milli Paralimpiya Komitəsinin prezidenti İSTEFA VERDİ 

 

İlqar Rəhimov Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti vəzifəsindən istefa verib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

 

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov istefası ilə bağlı ictimaiyyətə məlumat verib. O deyib:

 

“İyunun 30-da Portuqaliyada IBSA-nın (Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının) növbədənkənar Baş Assambleyası keçiriləcək. Assambleyada yeni İdarə Heyəti seçiləcək. Mən IBSA-nın prezidentliyinə namizədliyimi irəli sürmüşəm və seçildiyim təqdirdə fəaliyyətimi bu dünya təşkilatında islahatlara və dəyişikliklərə həsr etmək istəyirəm”.

 

İlqar Rəhimov ona bu illər ərzində göstərilən etimada görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib, IBSA-nın rəhbərliyində Azərbaycanı layiqincə təmsil edəcəyinə söz verib.

 

İyulun 7-də Azərbaycan Milli Paralimpiya Komitəsinin növbədənkənar hesabat-seçki konfransı çağırılıb.


Geri dön