Ana Sayfa > Karusel / İqtisadiyyat > Tahir Mirkişilidən Tarif Şurası ilə bağlı VACİB TƏKLİF

Tahir Mirkişilidən Tarif Şurası ilə bağlı VACİB TƏKLİF


23-06-2023, 16:29. Yazar: Admin

 

Tahir Mirkişilidən Tarif Şurası ilə bağlı VACİB TƏKLİF

 

"Tarif Şurası dərmanların qiymətini deyil, qiymətlərin yuxarı həddini təyin etsə, daha yaxşı olar".

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib:

 

“Dərmanların qiymətinin baha olmasının səbəbləri istiqamətində aparılan araşdırmalara görə, ölkədə bəzi dərman vasitələrinin qiymətləri həqiqətən dəfələrlə yüksəkdir, qıtlıq var, beynəlxalq şirkətlər ölkəni tərk edir. Səbəblər arasında isə qeydiyyat prosesinin kifayət qədər çətin olması, ekspertizanın tam şəfaf olmaması, Tarif Şurasının qiyməti birbaşa təyin etməsi və digər məsələlər yer alıb. Hiss olunur ki, adıçəkilən qanuna təklif edilən dəyişikliklər hazırlanarkən bu məsələlər dərindən təhlil olunub".

 

"Təklif edirəm ki, qanunda Tarif Şurasının artıq dərmanların qiymətini deyil, qiymətlərin yuxarı həddini müəyyən etsin. İqtisadiyyatda belə yanaşma var ki, əgər siz hər hansı məhsulun qıtlığına nail olmaq istəyirsinizsə, onun qiymətini təyin edin”, - deyə komitə sədri bildirib.


Geri dön