Ana Sayfa > Karusel / Region > Kuleba: “Abrams” tankları Ukrayna ordusunun əks-hücumu zamanı meydanda görünə bilər

Kuleba: “Abrams” tankları Ukrayna ordusunun əks-hücumu zamanı meydanda görünə bilər


23-06-2023, 08:14. Yazar: Admin

Kuleba: “Abrams” tankları Ukrayna ordusunun əks-hücumu zamanı meydanda görünə bilər

ABŞ-nin “Abrams” tankları artıq Ukrayna Silahlı Qüvvələrinin bu əks-hücumunda döyüş meydanında görünə bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Hromadska” nəşrinə müsahibəsində bildirib.

 

XİN rəhbərinin sözlərinə görə, Ukrayna bütün ərazilərini azad etmək üçün lazım olan qədər əks-hücum edəcək. O əlavə edib ki, ölkə artıq bəzi avadanlıqlar, xüsusən də zirehli texnika alır.


Geri dön