Ana Sayfa > Karusel / Region > Türkiyə və Ukrayna müdafiə nazirləri telefonla danışıb

Türkiyə və Ukrayna müdafiə nazirləri telefonla danışıb


22-06-2023, 20:50. Yazar: Admin

 

 

Türkiyə və Ukrayna müdafiə nazirləri telefonla danışıb

Türkiyə milli müdafiə naziri Yaşar Gülər ​​və Ukraynanın müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı taxıl sazişi ilə bağlı son vəziyyət müzakirə olunub. Türkiyəli nazir taxıl təşəbbüsünün fasiləsiz davam etdirilməsinin vacibliyini vurğulayıb. Y.Gülər əlavə edib ki, Türkiyə 17 iyulda müddəti bitən taxıl sazişinin uzadılması üçün bütün lazımi səyləri göstərəcək.


Geri dön