Hacıqabulda ölümlə nəticələnən avtoqəza baş verib.
Qarabaginfo.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Udulu kəndi ərazisində qeydə alınıb. Hələlik təfərrüatları məlum olmayan qəzada yaralanan kənd sakini, 2003-cü il təvəllüdlü Babayev Məhəmməd İmanverdi oğlu Şirvan xəstəxanasına çatdırılsa da bir neçə dəqiqədən sonra orda ölüb.
Faktla bağlı araşdırma aparılır.