Ana Sayfa > Karusel / Region > Ərdoğan 68 nəfəri nazir müavini təyin etdi 

Ərdoğan 68 nəfəri nazir müavini təyin etdi 


22-06-2023, 17:37. Yazar: Admin

Ərdoğan 68 nəfəri nazir müavini təyin etdi 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 68 nazir müavininin təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin rəsmi qəzetində məlumat yayılıb. 

Prezidentin sərəncamına əsasən, hər bir nazirin 4 müavini olacaq. 

Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun dövründə nazir müavinləri vəzifəsində çalışmış Yasin Ekrem Sərim, Burak Akçapar və Mehmet Kamal Bozay vəzifələrində qalıblar. XİN başçısının dördüncü müavini Ahmet Yıldız olub. 

Ahmet Yıldız 2016-2018-ci illərdə nazir müavini vəzifəsində çalışıb, daha sonra istefa verərək deputat seçilib. Bundan əvvəl isə Türkiyə Xarici İşlər Nazirliyinin Yaxın Şərq, İraq, kəşfiyyat, konsulluq məsələləri və protokol xidməti üzrə məsul departamentlərində çalışıb. Müxtəlif ölkələrdə baş konsul, müşavir və səfir kimi fəaliyyət göstərib. 


Geri dön