Ana Sayfa > Karusel / Dünya > Türkiyə daha 4 ölkəyə "Anka" PUA-ları satacaq
Türkiyə daha 4 ölkəyə "Anka" PUA-ları satacaq22-06-2023, 14:55. Yazar: Admin |
Türkiyə 2023-cü ilin sonunadək 4 ölkəyə “Anka” pilotsuz uçuş aparatları (PUA) tədarük edəcək.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi PUA-ları istehsal edən TUSAŞ şirkətinin rəsmisinə istinadən məlumat yayıb.
Ölkələrin adlarını açıqlanmayıb. Bildirilib ki, növbəti il "Anka" müştərilərinin sayı daha da artacaq.
Xatırladaq ki, bundan əvvəl PUA-ların Afrika, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrinə tədarük edilməsi barədə müqavilələr imzalanıb. Geri dön |