Ana Sayfa > Karusel / Dünya > Azərbaycan bizim üçün mühüm tərəfdaşdır - Baş nazir
Azərbaycan bizim üçün mühüm tərəfdaşdır - Baş nazir22-06-2023, 14:46. Yazar: Admin |
Ulu Öndər Heydər Əliyev Qazaxıstana həmişə səmimi dostluq münasibətləri bəsləyirdi. Bu il Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə Heydər Əliyev küçəsinin açılışı ölkələrimizin və xalqlarımızın birliyinin təcəssümünü bir daha nümayiş etdirdi.
Qarabaqinfo.az xəbər verir ki, bu fikirləri Qazaxıstanın Baş naziri Alixan Smailov Prezident İlham Əliyevlə görüşdə söyləyib.
Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişafından məmnunluğunu ifadə edən Alixan Smailov qarşılıqlı fəaliyyətimizin strateji tərəfdaşlığa əsaslanan münasibətlərimizin göstəricisi olduğunu vurğulayıb. Qazaxıstanın Baş naziri əməkdaşlığın müxtəlif sahələrdə möhkəmlənməsi işinə Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Alixan Smailov qeyd edib ki, Azərbaycan Qazaxıstan üçün Cənubi Qafqazda ən mühüm iqtisadi-ticarət tərəfdaşıdır. Ötən ilin nəticələrinə görə qarşılıqlı ticarətin həcminin 460 milyon dolları keçərək 40 faiz artdığını, bu il də bu dinamikanın davam etdirildiyini bildirən qonaq potensialın daha da artırılması üçün imkanların olduğunu deyib. Geri dön |