Ana Sayfa > Karusel / Dünya > Putin Təhlükəsizlik Şurasını topladı, Şoyqu son xəbərləri çatdırdı

Putin Təhlükəsizlik Şurasını topladı, Şoyqu son xəbərləri çatdırdı


22-06-2023, 13:51. Yazar: Admin

 

Putin Təhlükəsizlik Şurasını topladı, Şoyqu son xəbərləri çatdırdı

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirib.

 

Qarabaqinfo.az xəbər verir ki, Putin müdafiə naziri Sergey Şoyqudan Ukraynadakı döyüş bölgəsindəki vəziyyət barədə məlumat verməsini istəyib.

 

Şoyqu bildirib ki, Ukrayna qoşunları fəaliyyətini azaldıb və yenidən qruplaşır. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri 16 gün ərzində hücum əməliyyatı keçirməyə çalışsa da, hazırda onların tempi azalıb.

 

Rusiya müdafiə naziri Ukrayna Silahlı Qüvvələrinin hələ də hücum əməliyyatı aparmaq gücünün olduğunu söyləyib.


Geri dön