Ana Sayfa > Karusel / Hadisə > Xocəsəndə YANĞIN - FHN məlumat yaydı

Xocəsəndə YANĞIN - FHN məlumat yaydı


22-06-2023, 12:17. Yazar: Admin

Xocəsəndə YANĞIN - FHN məlumat yaydı

 

Paytaxtın Xocəsən qəsəbəsində açıq ərazidə təkər tullantıları yanır.

 

Bu barədə Qarabaqinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində açıq ərazidə təkər tullantılarının yanması barədə ilkin məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.


Geri dön