Ana Sayfa > Karusel / Gündəm > Bu il 64 uşaq övladlığa götürülüb
Bu il 64 uşaq övladlığa götürülüb22-06-2023, 11:43. Yazar: Admin |
Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu il tarixdən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesi e-sistem üzərindən həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qarabaqinfo.az-a verilən məlumata görə, 2023-cü ilin ötən dövründə 34-ü oğlan, 30-u qız olmaqla 64 uşaq övladlığa götürülüb.
Övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına da nəzarət edilir. Bu məqsədlə uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə monitorinqlər aparılır.
Bu il həmçinin reinteqrasiya tədbirləri nəticəsində sosial xidmət müəssisələrindən 35-i oğlan, 33-ü qız olmaqla 68 uşaq öz bioloji ailələrinə qaytarılıb. Geri dön |