Ana Sayfa > Karusel / Siyasət > Kamran Əliyev: İşğal zamanı Ermənistan dövlət orqanlarının tapşırığı ilə Laçın şəhərində 1511 ev tamamilə dağıdılıb
Kamran Əliyev: İşğal zamanı Ermənistan dövlət orqanlarının tapşırığı ilə Laçın şəhərində 1511 ev tamamilə dağıdılıb22-06-2023, 11:29. Yazar: Admin |
Laçın şəhəri işğal edildikdən sonra 26 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının nəzarətinə verilənədək Ermənistan Respublikasının aidiyyəti dövlət orqanları və orada qanunsuz məskunlaşdırılmış erməni milliyyətindən olan şəxslər tərəfindən həmin şəhərdə yerləşən istismara yararlı vəziyyətdə olmuş 2020 fərdi yaşayış evindən 1511-i qəsdən tamamilə dağıdılıb məhv edilmiş və istismara yararsız vəziyyətə salınıb. Qarabaginfo.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Laçın şəhərində keçirilən əməliyyat müşavirəsində deyib. Qeyd olunub ki, Laçında 27 ümumi yaşayış binasından 19-u qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınmış, 8-nə isə müxtəlif həcmli zərər vurulub: "Ümumilikdə 190 inzibati binadan 143-ü qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınmış, 47-nə isə müxtəlif həcmli zərər vurulub". Vurğulanıb ki, işğal müddətində Laçın şəhərində yerləşən, Azərbaycan Respublikasının vətəndaşlarına məxsus 509 fərdi yaşayış evlərində yaşamış erməni milliyətindən olan şəxslər tərəfindən 2022-ci ilin avqust ayında Laçın şəhəri Azərbaycan Respublikasına təhvil verilərkən Ermənistan Respublikasının aidiyyəti dövlət orqanlarının tapşırığı və xüsusi dəstəyi ilə həmin evlərin divarları, tavanları, döşəmələri, dam örtükləri, qapı və pəncərələri qəsdən sökülərək, habelə yanğınlar törədilərək həmin evlərə müxtəlif həcmli ziyan vurulmuş, istifadə üçün yararsız vəziyyətə salınıb, eyni əməllər Laçın rayonunun kəndlərində də törədilib. Geri dön |