Ana Sayfa > Karusel / Cəmiyyət > Vətəndaşlarda 14 milyona yaxın ödəniş kartı var 

Vətəndaşlarda 14 milyona yaxın ödəniş kartı var 


22-06-2023, 11:18. Yazar: Admin

 

Vətəndaşlarda 14 milyona yaxın ödəniş kartı var 

Hazırda vətəndaşlarda 14 milyona yaxın ödəniş kartı var.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

 

“2022-ci ildə Azərbaycanda ödəniş kartları vasitəsilə 24,4 milyard manat ödəniş elektron formada həyata keçirilib. Son 5 il ərzində ölkədə ödəniş kartları vasitəsilə həyata keçirilən əməliyyatların həcmi təxminən 8 dəfə artıb. Son bir il ərzində ödəniş kartları vasitəsilə 460 milyon dəfə əməliyyat keçirilib ki, bu da son 5 ildə 12 dəfə artım deməkdir",- deyə komitə sədri bildirib.


Geri dön