Ana Sayfa > Karusel / İqtisadiyyat / Cəmiyyət > Mərkəzi Bank agentlərin reyestrini tərtib edəcək
Mərkəzi Bank agentlərin reyestrini tərtib edəcək22-06-2023, 11:05. Yazar: Admin |
Mərkəzi Bank nəzarət subyektlərinin və ödəniş agentlərinin ictimaiyyət üçün açıq olan reyestrini tərtib edəcək.
Qarabaqoinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.
Reyestrə nəzarət subyektlərinin, onların filial və nümayəndəliklərinin adları, hüquqi ünvanı, rəhbər şəxslərinin adları, verilmiş və ləğv edilmiş lisenziyaların qeydiyyat nömrəsi və tarixi, həyata keçirilməsinə lisenziya verilmiş fəaliyyət növü, o cümlədən ödəniş agentlərinin adı, ünvanı, rəhbər şəxsləri (hüquqi şəxs olduqda), həyata keçirilmələrinə icazə verilmiş fəaliyyət növləri, fəaliyyətinə xitam verilmiş nəzarət subyektləri və ödəniş agentləri barədə məlumatlar daxil edilir.
Nəzarət subyektləri bu Qanuna uyğun olaraq lisenziyanın alınması üçün təqdim edilmiş, habelə reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində Mərkəzi Banka yazılı məlumat verməlidirlər. Məlumatda baş vermiş dəyişiklik qeyd olunmalı və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Geri dön |