Ana Sayfa > Karusel / Dünya > Almaniyanın Ukraynaya yeni hərbi yardım paketi

Almaniyanın Ukraynaya yeni hərbi yardım paketi


21-06-2023, 17:42. Yazar: Admin

 

Almaniyanın Ukraynaya yeni hərbi yardım paketi

 

Almaniya Ukraynaya yeni hərbi yardım paketinin tədarük edildiyini açıqlayıb.

 

Qarabaqinfo.az "Strana" nəşrinə istinadən xəbər verir ki, paketə aşağıdakılar daxildir:

 

- 155 mm kalibrli 1000 ədəd artilleriya sursatı,

 

- 155 mm-lik dəqiqliklə idarə olunan döyüş sursatları (miqdarı göstərilməyib),

 

- Sərhəddə patrul xidməti üçün 6 avtomobil.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.


Geri dön