Ana Sayfa > Karusel / Dünya > Moldovada 9 May ləğv olunur
Moldovada 9 May ləğv olunur21-06-2023, 17:10. Yazar: Admin |
Moldova hökuməti 9 May Qələbə Gününün qeyd edilməsinin ləğvi ilə bağlı qanun layihəsini təsdiqləyib.
Qarabaqinfo.az "Kommersant"a istinadən xəbər verir ki, mayın 8-də İkinci Dünya müharibəsində həlak olanların şərəfinə Anım və Barışıq Günü təsis ediləcək.
Qərar parlamentdə təsdiqləndikdən sonra qüvvəyə minəcək. Layihəni Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyasından olan bir qrup deputat təqdim edib.
Sənəd müəllifləri bildiriblər ki, Almaniyanın anti-Hitler koalisiyasına təslim olması 1945-ci il mayın 8-də imzalanıb, ona görə də bu tarix nasizm üzərində qələbə günü hesab edilməlidir. Geri dön |