Ana Sayfa > Karusel / Region > Kim dedi ki, yolu FSB qoruyacaq? - Qriqoryan

Kim dedi ki, yolu FSB qoruyacaq? - Qriqoryan


21-06-2023, 15:48. Yazar: Admin

Kim dedi ki, yolu FSB qoruyacaq? - Qriqoryan

Şübhəsiz ki, Ermənistan ərazisindən keçən marşrutlara Ermənistan Respublikasının qanunvericiliyinə uyğun olaraq nəzarət ediləcək.

Qarabaginfo.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

"Niyə bu yolda FSB (Rusiya Federal Təhlükəsizlik Xidməti - red.) nümayəndələrinin dayanacaq" sualına Qriqoryan belə cavab verib:

“Kim dedi ki, FSB orada dayanacaq? Əvvəla, gəlin FSB-nin tərkibində fəaliyyət göstərən sərhəd qoşunlarından danışaq ki, hər şey aydın olsun, yəni siz 9 noyabr bəyanatının 9-cu bəndini sitat gətirsəniz. İkincisi, hələ funksiyanın həyata keçirilməsi forması ilə bağlı müzakirələr aparılmalıdır".(Yenisabah.az)


Geri dön