Ana Sayfa > Karusel / Dünya > Çin Baydenin “diktator” sözünə etiraz edib –"Siyasi təxribatdır"

Çin Baydenin “diktator” sözünə etiraz edib –"Siyasi təxribatdır"


21-06-2023, 13:28. Yazar: Admin

Çin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Co Baydenin Çin sədri Si Cinpin haqqında dediyi “diktator” sözünə etiraz edib.

Qarabaginfo.az bildirir ki, bu barədə bu gün keçirilən brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

“Amerika tərəfinin verdiyi bəyanatlar son dərəcə absurddur, son dərəcə məsuliyyətsizdir, faktlara ziddir, diplomatik etiketi ciddi şəkildə pozur. Bu ifadələr Çinin siyasi ləyaqətinə ciddi zərbə vurur və açıq siyasi təxribatdır”, – diplomat bildirib.

Bir gün əvvəl Bayden Si Cinpini diktator adlandırmışdı. Amerika liderinin sözlərinə görə, onun çinli həmkarı fevralda hava şarı ilə bağlı insidentin həlli yolundan narazı qalıb. “Diktatorların nə baş verdiyini bilməməsi böyük məyusluqdur”-deyə Bayden bildirib.

Amerika lideri həmçinin qeyd edib ki, Çin prezidenti Pekin və Vaşinqton arasında münasibətləri bərpa etmək istəyir.


Geri dön