Ana Sayfa > Karusel / Region > ECRI: Ermənistanda siyasi opponentləri qaralamaq üçün “azərbaycanlı” və “türk” ifadələrindən istifadə edilir

ECRI: Ermənistanda siyasi opponentləri qaralamaq üçün “azərbaycanlı” və “türk” ifadələrindən istifadə edilir


21-06-2023, 13:18. Yazar: Admin

 

Xarici İşlər Nazirliyi koronavirusla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

ECRI-nin Ermənistan üzrə hazırladığı növbəti hesabatda isə ölkənin siyasi və ictimai həyatında vaxtaşırı olaraq nifrət nitqi ilə bağlı insidentlərin, o cümlədən zorakılığa çağırış hallarının baş verdiyi qeyd olunub.

Bu barədə Qarabaginfo.az-a XİN-dən bildirilib.

“Bu xüsusda, nifrət nitqinə misal olaraq Ermənistanda daxili bölünmələrə yol açmaq və sülh danışıqlarına əngəl törətmək məqsədilə siyasi opponentlərin qaralanması üçün “azərbaycanlı” və “türk” ifadələrindən istifadə edildiyi bildirilib. Bununla yanaşı, Ermənistanda azərbaycanlı icmasının artıq mövcud olmadığı, ölkədə yaşayan və ya ziyarətə gələn türklərin isə sayının naməlum olduğu vurğulanıb”, - məlumatda vurğulanır.

Qeyd edək ki, Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRI) Azərbaycan və Ermənistan üzrə növbəti hesabatları açıqlanıb.


Geri dön