Ana Sayfa > Karusel / Siyasət / Region > 16 partiyadan ibarət masa quracağam - Kılıçdaroğlu
16 partiyadan ibarət masa quracağam - Kılıçdaroğlu21-06-2023, 13:03. Yazar: Admin |
Türkiyə üçün lazım olsa, altılı masa deyil, 16 partiyadan ibarət masa quracağam.
Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu deyib.
Onun yeni ittifaqla bağlı çıxışı sosial şəbəkələrdə tənqidlərə məruz qalıb. Bolunun CHP-dən olan bələdiyyə sədri Tanju Özcan Kılıçdaroğluna belə cavab verib: "Hörmətli lider mühasibdir, amma 16 ədəd masanın siyasi xərcini yenidən hesablamasını tövsiyə edirəm".
Qeyd edək ki, Türkiyənin 6 müxalif partiyasından ibarət "Millət İttifaqı" son seçkilərdə Kılıçdaroğlunun namizədliyini irəli sürüb. O, seçkilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məğlub olub.(Modern.az) Geri dön |