Ana Sayfa > Karusel / Sosial > Dini Komitə: Son bir ildə 181 din xadiminin fəaliyyətinə xitam verilib
Dini Komitə: Son bir ildə 181 din xadiminin fəaliyyətinə xitam verilib21-06-2023, 12:56. Yazar: Admin |
İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması ilə bağlı müsahibənin statistikası açıqlanıb. Qarabaginfo.az xəbər verir ki, bu statistikanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda çıxışı zamanı açıqlayıb. Onun sözlərinə görə, birinci vakansiya zamanı ümumilikdə 270 sənəd qəbulu olub və onlardan 133-ü müsahibədən keçib: “Müsahibədən keçənlərin 112-si isə təyinat ala bilib. İkinci vakansiya zamanı isə 254 müraciətdən 66-sı müsahibədən keçib və 55 nəfəri təyinat ala bilib". Gündüz İsmayılovun sözlərinə görə, üçüncü vakansiya ilə bağlı sənəd qəbulu başa çatıb. Sədr müavini son bir il ərzindəki təyinatların statistikasını da açıqlayıb: "Son bir il ərzində din xadimləri üzrə 169 təyinat olub. 21 rotasiya olduğu halda, 181 din xadiminin fəaliyyətinə xitam verilib". Geri dön |