Ana Sayfa > Karusel / İqtisadiyyat > Bu il meyvə boldur - Son 20 ildə bu qədər ərik olmayıb

Bu il meyvə boldur - Son 20 ildə bu qədər ərik olmayıb


21-06-2023, 10:25. Yazar: Admin

Bu il meyvə boldur - Son 20 ildə bu qədər ərik olmayıb

Bu il market və bazarlarda sözün əsl mənasında meyvə bolluğu yaşanır. Mövsümi meyvələrin bol olması qiymətlərə də təsirsiz ötüşməyib. Belə ki, ötən illə müqayisədə bir çox meyvələrin qiymətləri nisbətən ucuzdur.

 

Yerli bazarlardakı vəziyyətlə bağlı Qarabaqinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli bu il daha çox çiyələk, ərik, gilas və şaftalının bol olduğunu deyib.

 

"Nektarin də az-az çıxmasına baxmayaraq, bu il boldur. Albalının hələ tam mövsümü deyil. Ancaq bağlardakı vəziyyətə baxdıqda, albalının da bol olacağını deyə bilərik".

 

 

Bolluğun səbəbinə gəlincə, ekspert bildirib: "Buna səbəb ilk növbədə məhsuldarlıqdır. Bolluq iqlim şəraiti və çiçəklənmə dövründə meyvələrin yağmura az düşməsi ilə əlaqədardır. Eyni zamanda müxtəlif komponentlər var. Bəzən məhsuldarlıq həmin komponentlər 11səbəbindən aşağı düşür, bəzən yuxarı qalxır. Əriyin çiçəklənmə vaxtı güclü yağış yağır. Əvvəlki illərdə çiçəklənmə dövründə intensiv yağışın yağması məhsuldarlığın aşağı düşməsinə səbəb olurdu".

 

"Əriyin bir kiloqramının 3 manatdan aşağı satıldığını heç kim görmürdü. Bu il bir manata ərik almaq olur. İqlim, hava şəraiti ilə əlaqədar olaraq məhsuldarlıq bəzən azalır, bəzən artır. Digər yandan Azərbaycanın müxtəlif bölgələrində kütləvi şəkildə bağların salınmasına başlanılıb. Həmin bağlar artıq bar verməkdədir. Çoxlu ərik, şaftalı, nektarin bağları salınıb. Həm şimalda, həm cənubda, həm də mərkəzi Aran rayonlarında geniş bağların salınması bolluq yaradacaq. Bu da qiymətlərin aşağı olmasına gətirib çıxaracaq", - ekspert vurğulayıb.

 

 

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Azərbaycanda daha çox əriyin bol olduğunu deyib. Onun sözlərinə görə, belə hal son 20 ildə ilk dəfədir baş verir.

 

 

"Çiyələk hər il oluduğu kimidir. Lakin gilanar, gilas, xüsusən də ərik boldur. Hər il prosesi, xüsusilə də əriyi izləyirəm. İllər boyu yağışlı, küləkli hava olardı və əriyin güllərini məhv edərdi. Bu il də həmin proses oldu, lakin yağışlı, küləkli hava 7 gün gecikdi. Əriklər maya bağladılar və gülləri ağacdan tökülmədi. İqlimin burada böyük rolu var. İqlim şəraiti gilanara və gilasa da təsir göstərir. Bu meyvələr arasında yeganə ərikdir ki, yalnız xüsusi bağçılıq təsərrüffatında yox, bütün fərdi təsərrüfatlarda bol olub. Hazırda bazarda olan gilanar və gilasların 80 faizi xüsusi bağçılıq təsərrüfatlarında yetişdirilib. Fərdi təsərrüfatlarda dərman vurulmadağından, onlar yararsız vəziyyətə düşdülər. Lakin ərik bundan yan keçdi. İlk dəfədir ki, əriyin bir kiloqramı 1 manata satılır", - deyə E. Hüseynov qeyd edib.


Geri dön