Ana Sayfa > Karusel / Gündəm > Həbsxanada iğtişaş: 41 qadın məhbus ÖLDÜRÜLDÜ

Həbsxanada iğtişaş: 41 qadın məhbus ÖLDÜRÜLDÜ


21-06-2023, 09:33. Yazar: Admin

 

Həbsxanada iğtişaş: 41 qadın məhbus ÖLDÜRÜLDÜ

Hondurasın Fransisko Morazan departamentində yerləşən qadın həbsxanasında qarşıdurma baş verib.

 

Qarabaqinfo.az  xarici KİV-ə istinadən xəbər verir ki, Honduras təhlükəsizlik naziri Yulissa Villanueva iğtişaşlarda 41 nəfərin həyatını itirdiyini bildirib.

 

Həbsxanada iğtişaşdan sonra fövqəladə vəziyyət elan edilib. Məlumata görə, toqquşmalar zamanı yanğın baş verib.

 

İğtişaş bir qrup məhbusun AR-15 avtomatları ilə 1 saylı həbsxana kamerasına gələrək oradakı şəxslərə atəş açması ilə başlayıb.

 

Honduras mətbuatında yer alan xəbərlərdə həyatını itirən məhbusların əksəriyyətinin yanıq xəsarətləri ilə cəsədlərinin tapıldığı, hücum edənlərin 18 dəstə üzvü olduğu iddia edilib. 


Geri dön