Ana Sayfa > Karusel / Qarabağ > Şuşanın əldən çıxması müharibənin dönüş nöqtəsi oldu - Paşinyan

Şuşanın əldən çıxması müharibənin dönüş nöqtəsi oldu - Paşinyan


20-06-2023, 10:58. Yazar: Admin

Şuşanın əldən çıxması müharibənin dönüş nöqtəsi oldu - Paşinyan

"Şuşanın əldən çıxması dönüş nöqtəsi oldu".

 

Qarabaqinfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında deyib.

 

"Burada önəmli olan Şuşanın təkcə simvolik əhəmiyyəti yox, həm də strateji əhəmiyyəti idi", - o əlavə edib. 

 

Paşinyan üçtərəfli bəyanatı niyə imzaladığını bununla əsaslandırıb.

 

"Şuşadan sonra Xankəndi hücuma məruz qalacaq, Xocavəndə təzyiqlər artacaq, ən əsası isə 25 minə yaxın əsgər mühasirəyə alınacaqdı", - baş nazir izah edib.

 

O qeyd edib ki, üçtərəfli bəyanat müharibəni dayandırmaq üçün sayca 5-ci cəhd olub.


Geri dön