Ana Sayfa > Karusel / Sosial > Baş nazir qida ilə bağlı qərara dəyişiklik etdi

Baş nazir qida ilə bağlı qərara dəyişiklik etdi


19-06-2023, 17:49. Yazar: Admin

 

Baş nazir qida ilə bağlı qərara dəyişiklik etdi

Əhalinin qida təhlükəsizliyinin təmin edilməsi qaydalarında dəyişiklik edilib.

 

Qarabaqinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov “Qida təhlükəsizliyi haqqında” qanununun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi qaydası”nda dəyişiklik edib.

 

Qərarda “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və və ya təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi prosedurlarının müəyyən edilməsi nəzərdə tutulur.

 

Qərarın qəbul edilməsi əhalinin sağlamlığının qorunmasına, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınmasına, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçiriləcək tədbirlərin müasir və beynəlxalq tələblərə uyğun və təkmil prosedurlar əsasında aparılmasına imkan yaradacaq.


Geri dön