Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Daha 13 ailə Laçına köçürüldü - Fotolar
Ana Sayfa > Karusel / Qarabağ > Daha 13 ailə Laçına köçürüldü - Fotolar

Daha 13 ailə Laçına köçürüldü - Fotolar


19-06-2023, 10:45. Yazar: Admin

daha-13-aile-lacina-kocuruldu

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir.

Qarabaginfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 44 nəfərin köçürülməsi baş tutub.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da, Laçın şəhərində 55 ailə, yəni 213 nəfərin daimi məskunlaşması təmin edilib.






 


Geri dön