Ana Sayfa > Karusel / Manşet > Ukraynaya yeni PUA-lar veriləcək

Ukraynaya yeni PUA-lar veriləcək


17-06-2023, 23:17. Yazar: Admin

Ukraynaya yeni PUA-lar veriləcək 

Portuqaliya Ukraynaya yerli istehsal pilotsuz uçuş aparatları (PUA) göndərməyi planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Defense News" nəşri məlumat yayıb.

Bildirilir ki, Ukraynaya quru və dəniz əməliyyatları üçün nəzərdə tutulan "Tekever" PUA-ları tədarük ediləcək.

PUA-ların alınması Böyük Britaniyanın Ukrayna Beynəlxalq Fondu tərəfindən maliyyələşdiriləcək.

Sistemlər həm quruda, həm də dənizdə geniş miqyaslı nəzarəti təmin etmək üçün nəzərdə tutulub. PUA-nın maksimum daşıma qabiliyyəti 4 kiloqramdır.


Geri dön