Ana Sayfa > Karusel / Manşet > İqbal Ağazadə yenidən partiya sədri seçildi

İqbal Ağazadə yenidən partiya sədri seçildi


17-06-2023, 22:50. Yazar: Admin

İqbal Ağazadə yenidən partiya sədri seçildi 

Ümid Partiyasının növbədənkənar qurultayı keçirilib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, qurultayda 229 nəfər nümayəndədən 207-si iştirak edib və yeni Nizamnamə qəbul edilib.

 

İqbal Ağazadə yenidən 5 il müddətinə partiyanın sədri seçilib. Həmçinin, 15 nəfərdən ibarət İdarə Heyəti formalaşıb.

 

Qeyd edək ki, İqbal Ağazadə 2002-ci ildən bu yana Ümid Partiyasına sədrlik edir.


Geri dön