Ana Sayfa > Karusel / Gündəm > Hökumət portallarının işləməməsinin səbəbi məlum oldu

Hökumət portallarının işləməməsinin səbəbi məlum oldu


16-06-2023, 15:48. Yazar: Admin

 

Hökumət portallarının işləməməsinin səbəbi məlum oldu

 

“AzInTelecom” MMC-yə məxsus bəzi avadanlıqlarda müəyyən texniki çətinliklər yaşanır.

 

Bu barədə Qarabaqinfo.az-a “AzInTelecom” MMC-dən məlumat verilib.

Bildirilib ki, yaranan çətinlik qurumlara və vətəndaşlara təqdim edilən xidmət və məhsulların əlçatanlığına müəyyən təsir edə bilər.

 

Hazırda mütəxəssislərimiz tərəfindən çətinliyin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək.

 

“AzInTelecom” MMC olaraq müvəqqəti çətinliyə görə üzr istəyirik.


Geri dön